Şamaxıda betonqarışdıran maşın “06”nı tapdaladı, 5 nəfər öldü
27 İyun 2012 15:05 KriminalŞamaxı rayonunda dəhşətli yol qəzası baş verib. Bu barədə "OLAYLAR"a hadisə şahidləri məlumat verib. Məlumata görə, hadisə Şamaxı rayonunda, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Acıdərə qəsəbəsinin Acıdərə enişində baş verib. "Holand" markalı betonqarışdıran yük maşını ilə 23 BF 484 dövlət nömrə nişanlı "VAZ 2106" toqquşub. Hadisə zamanı betonqarışdıran maşın "VAZ" markalı avtomobilin üstünə çıxıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarətlər alıb. Yaralılar hadisə yerində olan sürücülərin köməyi ilə maşından çıxarılıb və Mərəzə şəhər xəstəxanasına çatdırılıb.
Şahidlərin dediyinə görə, hadisə zamanı minik maşınında ölən və yaralanan 7 nəfər Göyçay rayon sakinləri olub və onlar rayondan Bakıya gəlirmiş. Hadisənin betonqarışdıran yük maşınının idarəetməni itirməsi nəticəsində baş verdiyi deyilir. Hadisə yerinə Şamaxı və Mərəzə hüquq mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.