Sumqayıtda faciə, usta “MAZ”ın altda qalıb öldü

Sumqaıtda faciəli hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 15-də Sumqayıt şəhəri Kimyaçılar küçəsində baş verib. Gürcüstan vətəndaşı İlham Daştamirov Mingəçevir şəhər sakini Adil Abbasova məxsus "MAZ 54322" markalı yük avtomaşınını təmir edərkən avtomaşının kabinası üzərinə düşməsi nəticəsində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31