Qəbələdə itkin düşən şəxsin meyiti göldən tapıldı

Qəbələdə itkin düşdüyü ehtimal olunan şəxsin meyiti göldən tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 15-də Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verib. Nohur gölündə rayon sakini Elnur Yəhyazadənin üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31