ŞOK: Bakıda gecəyarısı gənc oğlanın qulağını kəsdilər
Polisin bundan xəbəri yoxdur
16 İyul 2013 16:41 KriminalBakının Yasamal rayonunda dəhşətli hadisə baş verib. Hadisə şahidlərinin Publika.Az-a bildirdiyinə görə, gecə saatlarında Köhnə Yasamal kimi tanınan yaşayış massivində, "İnşaatçılar" metrostansiyası yaxınlığında gənc oğlanın qulağını kəsiblər. Hadisə ara küçələrindən birində baş verib və hadisə yerindən xeyli qan izləri və qana bulaşmış bint və pambıq tapılıb.
Hadisəni törədən şəxslər və zərərçəkmiş ərazidən uzaqlaşıb. Məsələ ilə bağlı ətraflı məlumat toplamaq mümkün olmayıb. Polisdən bildirilib ki, onlara bu barədə şikayət daxil olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31