Ağsuda 3 otaqlı ev yanıb
16 İyul 2013 15:39 KriminalAğsu şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ümumi sahəsi 92 kv.m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 600 kq ot bağlaması yanıb. Evin qalan hissəsi və yaxınlqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31