Biləsuvar sakini suvarma kanalında batıb
16 İyul 2013 15:35 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu, Səmədabad kəndində suvarma kanalında (nəzarət olunmayan ərazidə) 1 nəfər batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. 1991-ci il təvəllüdlü Nadir Adil oğlu İsayevin axtarışları başa çatıb. N.İsayevin cəsədi Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki suvarma kanalında (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 140 km məsafədə, nəzarət olunmayan ərazidə) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31