Türməyə su qabında spirt keçirmək istədi

Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1962-ci il təvəllüdlü, AR CM-nin 181.3.2; 120.2.11; 229.1; 228.1; 66-cı maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Viləşov Rüfət İbadullah oğlunun yanına uzun müddətli görüşə gəlmiş həyat yoldaşı Qazaxıstan Respublikasının vətəndaşı Voloşina Svetlana Vyaçeslavovnanın üzərinə, şəxsi əşyalarına və gətirdiyi sovqata baxış keçirilib.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ağızlıqları zavod üsulu ilə bağlanmış 3 ədəd 0.5 litrlik "Bonakva" su qabının içərisinə spirt iyli mayenin doldurulması aşkar olunaraq  götürülüb.  Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31