Şəkidə 78 yaşlı qadın intihar edib

Qadının hansı səbəbdən intihar etməsi araşdırmalardan sonra məlum olacaq

Şəkidə 78 yaşlı qadın intihar edib. Şəki rayon-şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, 1935-ci il təvəllüdlü, Şəki rayonu Bideyiz kənd sakini Babayeva Səyyarə Əziz qızı özünü yaşadığı evin eyvanından asaraq intihar edib. 78 yaşlı qadının hansı səbəbdən intihar etməsi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Şəki rayon-şəhər Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31