Narkotik alveri edən iranlının məhkəməsi başladı
15 İyul 2013 18:35 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan İran İslam Respublikasının vətəndaşı Arami Kiyomərsin cinayət işi üzrə məhkəmə başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumast verilib.
İttihama görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində İran İslam Respublikasının vətəndaşı Arami Kiyomərs saxlanılıb. Müəyyən edilib ki, Kiyomərs Arami və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətiriblər.
Keçirilmiş baxış zamanı Arami Kiyomərsin idarə etdiyi etdiyi "Volvo" markalı avtobusun arxa oturacağından içərisində 15 kiloqram 162,86 qram həşiş qətranı gizlədilmiş dəmir boru aşkarlanaraq götürülüb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyulun 16-na təyin edilib.