Bakıda dəhşət: bina gənc oğlanın başına uçdu
Binadan böyük daş parçası qoparaq aşağıdan keçən oğlanın başına düşüb
15 İyul 2013 17:25 KriminalSəbail rayonunda faciəli hadisə baş verib. Milli.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən oğlanın başına düşüb.
Zərbədən oğlanın başı partlayıb və qanı yerə dağılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları yaralını dərhal xəstəxanaya aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31