DİN Bakıda polisin intiharı ilə bağlı məlumat yaydı
15 İyul 2013 16:19 KriminalDaxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının özünü öldürməsilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb. Hadisə yerindən 1 ədəd xidməti "Makarov" markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31