Mövsüm ərzində 15 suda boğulma hadisəsi qeydə alınıb

İyul ayı ərzində Azərbaycanda 2 suda boğulma hadisəsi baş verib. Ümumilikdə isə bu günə kimi 15 suda boğulma hadisəsi qeydə alınıb ki, onlardan da 11-i ölümlə nəticələnib, 4 nəfər xəstəxanaya yerləşdirilib. Suda boğulma hallarının hamısı çimərliklərdə, hovuz və kanalda qeydə alınıb. Məlumata görə,  iyul ayında Bakıda 9 günvurma hadisəsi qeydə alınıb. Baş verən günvurma nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib. Digər 5 nəfər isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31