Mal-qara otarmaq üstündə bir-birlərini bıçaqladılar
15 İyul 2013 14:33 KriminalQuba rayonunun Dağüstü adlanan yaşayış massivində bıçaqlanma faktı qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Əlisultanov Mahir Sultanməcid oğlu həmkəndlisi 1982-ci il təvəllüdlü İbrahimov Zaur Qaflan oğlunu bıçaqlayıb. Rtv.az-ın məlumatına görə, mal-qara otarmaq üstündə mübahisə edən həmkəndlilərin əlbəyaxa davası qanlı sonluqla nəticələnib. Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən Mahir Əlisultanov həbs olunub. Faktla bağlı AR CM-nin 126-cı maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31