Xəzər dənizində batmaq təhlükəsilə üzləşən 7 nəfər xilas edildi
15 İyul 2013 12:49 KriminalFövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti əməkdaşları bir gündə Xəzər dənizində batma təhlükəsilə üzləşən 7 nəfəri xilas edib. Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən ayydığı məlumatda bildirilir ki, hadisə iyunun 14-də baş verib. Sumqayıt şəhərində dənizdə ("Corat" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.
Həmin gün Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər Sumqayıt şəhərində ("Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Xəzər rayonunda ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər, Xəzər və Sabuncu rayonları ərazisində ("Zuğulba-3" və "Bilgəh" sularda xilasetmə məntəqələrinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunub.