6 ayda 556 nəfər ölüb

Bunlar yol-nəqliyyat hadisələrinin qurbanı olublar

Bu ilin 6 ayı ərzində respublika ərazisində 1366 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, qəzalar nəticəsində 556 nəfər ölmüş, 1452 şəxs yaralanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 6 faiz, həlak olanların sayı 27 faiz, yaralananların sayı isə 6 faiz artıb.
Hadisələrin əksəriyyəti yüksək sürət, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması səbəbindən baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31