Bakıda ər arvadını amansızlıqla öldürüb
15 İyul 2013 12:19 Kriminalİyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nardaran qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Həsən İsmayılov yaşadığı mənzildə həyat yoldaşı 36 yaşlı Ramizə İsmayılovaya çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Ərin arvadını hansı səbəbdən öldürməsi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31