Gənc müğənni "ölüm" xəbərinə münasibət bildirib
Samir Mustafayevin ölüm xəbəri yalan çıxıb
12 İyul 2013 18:30 Kriminal2012-ci ildə keçirilən "Univision" mahnı müsabiqəsinin iştirakçısı olmuş Samir Mustafayevin ölüm xəbəri yalan çıxıb. "Azxeber.com"un məlumatına görə, ölüm xəbərini mətbuatdan oxuyan Samir Mustafayevin dostları şoka düşüblər. Əslində isə ölən şəxs müğənni olmayıb. Sadəcə adı və soyadı müğənniylə eyni olub.
Gənc müğənni hadisəylə bağlı şəxsi "facebook" səhifəsində bunları yazıb: "Никчемный портал меня убил, позор вам !" ("Mənasız portal məni öldürdü, ayıb olsun sizə!" red.)
Onu da qeyd edək ki, Bakıda qətlə yetirilmiş 26 yaşlı Tərtər sakini Samir Mustafayevin ümumiyyətlə şou-bizneslə əlaqəsi yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31