Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var
27 İyun 2012 11:24 Kriminalİyunun 26-da Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, kənar dairəvi yolda, "Meyvəli" topdansatış bazarının yaxınlığında 196 saylı xətt üzrə hərəkət edən "Otoyol" markalı, 10 TB 646 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Təxminən 40-45 yaşlı piyada ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq xəsarət almış kişinin həyatını xilas etmək mümkün olmayıb.Faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31