Məhbusun oğlunun sovqatından spirtli içki çıxdı
12 İyul 2013 16:32 KriminalPenitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yaşar Əlibala oğlu Kərimovun yanına qısa müddətli görüşə gəlmiş oğlu Əli İslam Yaşar oğlu Kərimovun gətirdiyi sovqata baxış keçirilən zaman 2 (iki) ədəd "Bonaqua" markalı plastik su qablarının içərisində spirtli içki aşkar edilərək götürülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1953-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Gəncəli Ağakişi oğlu Allahverənovun yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı vətəndaş Elmira Rüstəm qızı Allahverənovanın əl çantasına baxış keçirilən zaman 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Cin" nömrə kartı aşkar edilərək götürülüb. Hər iki fakt üzrə araşdırma aparılır.