Çantada gizlədilmiş 6 əl telefonunu istintaq təcridxanasına keçirmək istədi

Penitensiar xidmətin, 3 saylı İstintaq təcridxanasın və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar Xidmərin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,  həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 66.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Reyhun Etibar oğlu Məmmədovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən ona məxsus çantanın gizli saxlanc yerindən 6 (altı) ədəd "Nokia" markalı mobil telefon aparatları, 2 (iki) ədəd elektrik qidalandırıcısı, 1 (bir) ədəd elektrik qidalandırıcısının kəsilmiş hissəsi və 1 (bir) ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31