İstintaq təcridxanasında saxlanılan şəxsdə mobil telefon aşkar edilib

Penitensiar xidmətin, 2 saylı İstintaq təcridxanasının və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən həmin müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,

həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Zaur Səlim oğlu Məcnunovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən bədənində gizlədilmiş 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1(bir) ədəd "Sim" nömrə aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3; 281.3 maddələri ilə təqsirli bilinərək 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin üzərinə baxış keçirilən zaman 1 (bir) ədəd "Nokia-5310" markalı mobil telefon aparatı, 1 (bir) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 1 (bir) ədəd "Nar" nömrə kartı aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31