Xəzər dənizindən azyaşlı qızın çürümüş meyidi tapılıb
12 İyul 2013 16:22 KriminalXəzər dənizində çürümüş qız meyidi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 11-də Xaçmaz rayonunun Turist kəndi ərazisində baş verib. Xəzər dənizinin sahilində bədəninin bir hissəsi çürüməyə məruz qalmış 10-15 yaşlı qız uşağının meyiti tapılıb. Meyidin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31