Bakıda dəhşət, 30 yaşlı gənci xüsusi amansızlıqla qətlə yetirdilər
12 İyul 2013 16:20 KriminalBakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 12-də Nəsimi rayonu Salamzadə küçəsində baş verib. Küçədən 25-35 yaşlı kişi döş və kürək nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31