Bakıda müğənni namus üstündə qətlə yetirildi VIDEO
Həkimlər onun həyatını xilas edə bilməyib
12 İyul 2013 16:08 KriminalBu gecə Bakının Nəsimi rayonu ərazisində bıçaqla qətlə yetirilən gəncin şəxsiyyəti müəyyənləşib. Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı Salamzadə küçəsində bıçaqlanan şəxsin Tərtər sakini, 26 yaşlı Samir Mustafayev olduğu müəyyənləşib. Onun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Qeyd edək ki, Samir Mustafayev müğənni olub. O, 2012-ci ildə keçirilən "Univision" mahnı müsabiqəsində də iştirak edib. APA-nın məlumatına görə, qətli törədən şəxsin kimliyinin müəyyənləşib. Hazırda həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.
İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31