Çörəyin içərisindən 6 kibrit qutusu marixuana çıxdı
27 İyun 2012 10:52 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətinin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatçıları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Quliyev Amil Rahil oğluna qohumu vətəndaş Şəbiyev Seymur İlqar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 3 ədəd çörəyin içərisində gizlədilmiş, hər birində 2 kibrit qutusu olmaqla, cəmi 6 ədəd kibrit qutusu içərisində ümumi xalis çəkisi 12,63 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.