Ailədə dəhşət: qardaş bacısını amansızcasına qətlə yetirdi
O, bacısına 10-a yaxın bıçaq zərbəsi vurub
12 İyul 2013 14:00 KriminalYevlaxda ailələrin birində dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Cəfər Cabbarlı küçəsi ev 7 mənzil 3 də yaşayan Məmməd Musayev ailə münaqişə zəminində bacısı Elnarə Musayevanı qətlə yetirib. Qardaş bacısına 10-a yaxın bıçaq zərbəsi vurub. Daha sonra hadisəni törədən Məmməd Musayev polisə gələrək könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31