İyul ayında həşərat sancmaları artıb
12 İyul 2013 13:12 Kriminalİyul ayında həşərat sancmaları ilə bağlı hadisələr artıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "OLAYLAR"a bildirib ki, iyul ayının ilk ongünlüyündə həşərat sancması şikayəti ilə mərkəzə 11 müraciət daxil olub. İyun ayı ərzində bu rəqəm ümümilikdə 14 olub. Müraciətlərin əsasən rayonlardan olduğunu deyən şöbə müdiri daha çox ilan sancmalarının qeydə alındığını bildirib. Bir ölüm faktı qeydə alınıb ki, A.Maqsudov bunun səbəbinin xəstəyə vaxtında zərdab vurulmamsı olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31