Azərbaycanda iki kənddən 10 ton narkotika götürüldü
11 İyul 2013 16:44 KriminalAzərbaycanda iki kənddə 10 tona yaxın narkotika aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Oğuz RPŞ əməkdaşları tərəfindən Kərimli-Qarabaldır kəndi ərazisindən çəkisi 2 ton 811 kiloqram olan 2249 ədəd çətənə kolu, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı RPŞ əməkdaşları tərəfindən Alar kəndi ərazisindən çəkisi 7 ton 480 kiloqram olan 23100 ədəd yabanı halda bitmiş xaş-xaş kolu yığılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31