Azərbaycanda ticarət mərkəzini qarət edən şəxs iş başında yaxalandı
11 İyul 2013 16:43 KriminalAzərbaycanda ticarət mərkəzində oğurluq hadisəsinin qarşısı alınıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 10-da Xaçmaz rayonunda baş verib. Rayonun Xudat şəhərindəki "Xudat" ticarət mərkəzində şəhər sakini Mustafa Xanmədova məxsus mağazadakı seyfindən 2000 manat pulu oğurlamağa cəhd göstərmiş Qadaşoba kənd sakini Röyal Lətifov oranın işçiləri tərəfindən tutularaq RPŞ-yə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31