Bakıda küçədən yeni doğulmuş oğlan uşağı tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 10-da Nəsimi rayonu Moskva prospektindəki evlərdən birinin qarşısında baş verib. Həmin ünvanda 1 həftəlik oğlan uşağı tapılıb. Sahibsiz körpə 1 saylı Körpələr Evinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31