Bakıda Tacikistan vətəndaşının intihar cəhdinin qarşısı alındı
11 İyul 2013 14:03 KriminalBakıda xarici ölkə vətəndaşı intihara cəhd edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 10-da Yasamal rayonu H.B.Zərdabi küçəsində baş verib. Həmin küçədə kirayədə yaşayan Tacikistan vətəndaşı Makhmadaliev Mukhammadiso yaşadığı evin 9-cu mərtəbəsinin eyvanından özünü atmağa cəhd göstərib. Cəhdin qarşısı FHN-nin əməkdaşları tərəfindən alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31