Bakıda “göydələn” yandı
11 İyul 2013 12:12 KriminalBakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Nizami rayonunda tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasının ərazisində quraşdırılmış 12 ədəd sədd lövhələri 30 p.m sahədə yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın saat 16:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31