Xudat Konserv Zavodunda yanğın
11 İyul 2013 12:12 KriminalXaçmazda zavodda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Xudat qəsəbəsində "Xudat Konserv Zavodu"nun ərazisində baş verib. Zavodda həcmi 55 kub.m və 25 kub.m olan 2 ədəd istismara yararsız çənin içərisində neft qalıqları və 0,5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31