71 yaşlı qadın Samur-Abşeron kanalında batdı
11 İyul 2013 12:11 KriminalAzərbaycanda 71 yaşlı qadın Samur-Abşeron kanalında batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, 1942-ci il təvəllüdlü Xədicə Dövlətnəzər qızı Fəttahovanın Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlara başlayıb. Hələlik axtarışlar nəticə verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31