Özünü hündürmərtəbəli binadan atmaq istədi

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfəri intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu barədə nazirliyin  "112" qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Müəyyən olunub ki, vətəndaş özünü çoxmərtəbəli yaşayış binasının eyvanından ataraq intihar etmək istəyir. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla danışıqlar aparmış və yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısı alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31