Dənizdə batan şəxs xilas edilib
10 İyul 2013 18:20 KriminalSumqayıt şəhəri ərazisindəki dənizdə boğulmaq təhlükəsilə üzləşmiş bir nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31