Avtomobildən xarici ölkələrin aksiz markası ilə markalanmış araqlar çıxdı

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları Qusar şəhərindən Quba rayonu istiqamətində hərəkət edən "VAZ 21124" markalı nəqqliyyat vasitəsinə baxış keçirmək məqsədilə onu Qusar şəhərinin çıxışında saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, həmin avtomobilə baxış keçirilməsi üçün sürücü Azərbaycan vətəndaşı Rövşən Tahirov və onun yanında əyləşən Azərbaycan vətəndaşı Namiq Nəzürmətov gömrük idarəsinə dəvət olunub. Xaçmaz Gömrük İdarəsində hal şahidlərinin iştirakı ilə avtomaşına keçirilmiş baxış zamanı maşının yük yerindən və salonundan Rusiya Federasiyasının aksiz markası ilə markalanan 111 ədəd 0,5 litrlik "Medvejiy Uqol", 11 ədəd 1 litrlik "Medvejiy Uqol", 10 ədəd 0,75 litrlik "Stoliçnaya", 25 ədəd 0,5 litrlik və 12 ədəd 0,7 litrlik "Kazenka" və Ukrayna Respublikasına məxsus aksiz markası ilə markalanan 41 ədəd 0,5 litrlik "Nemiroff" adlı araqlar aşkar olunmuşdur. Həmin araqların isə vətəndaş N.Nəzürmətova məxsus olduğu müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31