Narkobanda üzvlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Loğman Məmmədov, Fuad Əliyev, Elməddin Əliyev, Saməddin Əliyevə hökm oxunub. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Məhkəmənin hökmü ilə Loğman Məmmədov 7 il, Fuad Əliyev 7 il, Elməddin Əliyev 1 il, Saməddin Əliyev 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Bakı şəhər Baş Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən tutulublar.
Onlar Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31