Bakıda qanlı cinayətin üstü 45 gün sonra açıldı

Polis 45 gün sonra 2 nəfərin qanını tökən şəxsi tutuldu

Bakıda 2 nəfəri bıçaqlayaraq gizlənən şəxs tutulub. ANS PRESS-in daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də Oqtay Məmmədxanova bıçaqla xəsarət yetirmiş Ağdam rayon sakini Kənan Şükürov tutulub.

Əməliyyat tədbirləri nəticəsində onun Fərrux Abbasova da bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31