Avtoşluğa görə adam bıçaqlayana 3 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Şəhriyar Abbasquliyevə hökm oxunub. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib.
İttihama görə, Şəhriyar Abbasquliyev 2011-ci il noyabrın 18-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan Kamran Kərimovu bıçaqlayaraq öldürməyə cəhd edib. Lakin zərərçəkmişə vaxtında ilkin tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, bıçaqlanmanın qəribəliyi hadisənin maşınla ötmə üstündə düşən mübahisə zəminində baş verməsidir. Kamran Kərimov idarə etdiyi maşınla Şəhriyar Abbasquliyevin maşınını ötüb. Bu isə Şəhriyara xoş gəlməyib və Kamranla yenidən mebahisəyə başlayıb. Mübahisə zamanı Şəhriyar bıçaqla Kamranın qarnına xəsarət yetirib. Məhkəmə Şəhriyar Abbasquliyevin barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31