Dayısı oğlunu öldürmək istəyənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Zabrat qəsəbəsi sakini Rəşid Qurbanova hökm oxunub. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər.  Məhkəmənin hökmü ilə Rəşid Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs 8 dekabr 2011-ci il tarixdə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində Arif Hənifəyevin təhqirlərinə dözməyərək, onu bıçaqlayıb. Yaralıya vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Məhkəmə proseslərində ifadə verən Rəşid Qurbanov əməlindən peşman olduğunu deyib. O, deyib ki, zərərçəkmiş onun doğma dayısı oğludur. O, hadisənin səbəblərini də izah edib: "Çağırıb, cavab verməmişəm. İçkili idi ona görə. Sonra ana-bacı söyüşü söydü. Mən də dedim ki, mənim anam-bacım sənin anan-bacındır. Yenə söydü. Mən də məcbur oldum, bıçaqladım". Rəşid Qurbanov həmin vaxt bıçağı yaxınlıqda olan sexdən götürdüyünü qeyd edib: "Məni yoldan çıxaran onun nalayiq sözləri oldu. Peşimanam, olacağa çarə yoxdur, eləmişəm, cəzamı da çəkməyə hazıram".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31