Bakıda gecə adaşlar arasında dava ölümlə nəticələndi
Adaşını qətlə yetirən şəxsi polis yaxalayıb
10 İyul 2013 13:45 KriminalBu gecə saat 01:45 radələrində Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Muxtarov qəsəbəsində Aydın Tağızadə mübahisə zəminində Aydın İsmayılovu bıçaqlayıb. Ağır yaralanan Aydın İsmayılova həkimlər yardım göstərə bilməyiblər. Adaşını qətlə yetirən A.Tağızadəni polis yaxalayıb.
Faktla bağlı cinayət işi başlanıb, qətlin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31