Bakıda avtomobili qaçıran qadın Gəncədə yaxalandı

Təxminən bir ay bundan əvvəl Bakıda minik avtomobilini qaçıran Daşkəsən sakini Gəncədə yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 13-ü saat 04 radələrində M.Rüstəmov küçəsində Bakı şəhər sakini Murad Davudova məxsus "Hyundai-Sonata" markalı avtomobil qaçırılıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova iyulun 9-da avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.

Faktla bağlı araşdırma davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31