DİN Suraxanıdakı marşrut qəzası barədə məlumat yaydı
Hadisə zamanı 14 nəfər yaralanıb
9 İyul 2013 16:01 KriminalDaxili İşlər Nazirliyi iyulun 8-də saat 09.40 radələrində Suraxanı rayonu ərazisində baş verən marşrut qəzası ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Balandin küçəsində baş verib. Bakı şəhər sakini Mütəllim Quliyev idarə etdiyi "Temsa" markalı sərnişin avtobusunu aşırıb. Nəticədə M.Quliyevin xəsarət almış 14 sərnişini xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31