Azərbaycanda avtomobilində narkotika daşıyan şəxs ələ keçdi
9 İyul 2013 15:59 KriminalAzərbaycanda avtomobilində narkotika daşıyan şəxs həbs edilib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Biləsuvar rayonunda baş verib. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ramil Xammədova məxsus "Mercedes" markalı avtomaşına baxış zamanı 9 kiloqram 895 qram həşiş və 6 kiloqram 150 qram tiryək aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31