Bakıda dəhşət! Ömürlük məhkumun 2 azyaşlı qızı arvadı tərəfindən satıldı

Beyləqanda qayınatası və qaynını qətlə yetirməkdə, digər ailə üzvlərinə xəsarətdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən tarix müəllimi Zaur Həziyev qızının zorlanması barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Redaksiyamıza hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ömürlük məhkum övladlarının təhlükə qarşısında olduğunu və onların təhülkəsizliyinin qarşısını almağı xahiş edib.
Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi ömürlük məhkumun məktubunun araşdırılması üçün Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinə göndərib. Araşdırmalar zamanı məlum olub ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində anasının himayəsində yaşayan, ömürlük məhkum Zaur Həziyevin 11 yaşlı qızı 21 yaşında olan Ümid adlı oğlan tərəfindən bu il iyunun 4-də oğurlanıb.  21 yaşlı oğlan azyaşlı qızla cinsi əlaqədə olaraq onu zorlayıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi araşdırılması üçün Binəqədi rayon prokurorluğuna göndərilib.  Rayon prokurorluğu və polis idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ümid Namiq oğlu Süleymanov həbs olunaraq istintaqa təhvil verilib.
Istintaqa ifadə verən Ümid Süleymanov özünü ittiham üzrə təqsirli bilməyərək bəzi faktlar açıqlayıb. O, ifadəsində qeyd edib ki, 1 il 6 aydır zorlandığı iddia olunan azyaşlı qızla sevgi münasibətləri olub.
Onun sözlərinə görə, qızın anası Həbibə Zeynalovanın Biləcəri qəsəbəsində icarəyə götürdüyü çörək sexində işləyib. Deyib ki, Həbibənin yanında işləyib və onun evində yaşamağa başlayıb. Qeyd edib ki, həmin evdə yaşadığı dövrdə 11 yaşlı qızla sevgi münasibətləri yaranıb. Hətta bu müddət ərzində qızla cinsi əlaqədə də olub.
Ümid Süleymanovun bildirdiyinə görə, bir neçə ay əvvəl anası ilə birlikdə qıza elçi də düşüb: "Həbibə də qızını mənə verdi və biz nişanlandıq. Bundan sonra mən həmin evdə yenidən yaşamaqda davam etdim. Evdə mən tək olmurdum. Həbibəni saxlayan Zülfüqar adlı kişi də hər gün evə gəlirdi".

Ana ikinci azyaşlı qızını da hərbçiyə satıbmış

Bundan başqa, Həbibə Zeynalovanın evinə Rüfət adında gənc oğlan da gəlməyə başlayıb. Daxili Qoşunlarda zabit olduğu iddia edilən Rüfət adlı gənc Həbibə Zeynalovanın digər qızı ilə münasibətdə olurmuş. Ümid Süleymanov həmçinin ifadəsində qeyd edib ki, o ərzaq məhsulları ilə yanaşı Həbibə Zeynalovanın evinə avadanlıqlar da alıb. Həbsdə olan gəncin iddiasına görə, Daxili Qoşunlarda zabit işləyən Rüfət adlı şəxs Həbibə Zeynalovanin evinə divan, kreslo da alıb. Bundan sonra Həbibə də Rüfəti evə buraxıb. Ümid Süleymanov onu da qeyd edib ki, bu illər ərzində həm özü, həm də Rüfət qazandıqları pulları Həbibə Zeynalovaya verib. Onun sözlərinə görə, qazandıqları pulları Həbibə Zeynalova alıb və qızları ilə münasibət qurmasına şərait yaradıb.

Qızların qohumları bu barədə məlumat alandan sonra hadisə barədə ömürlük məhbus Zaur Həziyevə məlumat verib. Qızlarının satıldığını eşidən ata Qobustan Qapalı Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib və uşaqlarının təhlükəsizliyinin təmin edilməsini, qızını satan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edib. 
Qeyri-rəsmi məlumatlara görə, Həbibə Zeynalova əvvəllər "20 Yanvar" metrostansiyasının yaxınlığında çörəkbişirmə sexində işləyib və oradan da Zülfüqar adlı şəxslə münasibət qurub. Onların yaxın münasibəti yaranandan sonra Zülfüqar adlı şəxs Həbibə Zeynalova üçün Biləcəri qəsəbəsində icarəyə çörəkbişirmə sexi açıb. Bundan sonra birlikdə qeyri-rəsmi yaşamağa başlayıblar.

Ana qızını satdığı oğlanı şərləyəməklə hədələyib

"OLAYLAR"ın araşdırmaları zamanı məlum olub ki, ömürlük məhbus Həbibə Zeynalova həmin çörəkbişirmə sexində işləyərkən orada işləyən Ümid Süleymanovun subay olduğunu bilib və ona qızını almağı təklif edib. Bu məqsədlə o gənc oğlandan külli miqdarda pul da alıb. Həmin pulun məbləğində də qızı Ümid Süleymanova satıb. Çörəkbişirmə sexində fəhlə işləyən gənc oğlan da həmin pulun məbləğində Həbibə Zeynalovanın qızı ilə cinsi əlaqədə olmağa razıılaşıb. 11 yaşlı qızla əlaqədə olandan sonra Həbibə Zeynalova oğlanı hədələyib və zorlanma maddəsilə onu ləkələyəcəyini bildirib. Bundan ehtiyat edən Ümid Süleymanov da 11 yaşlı qızla evlənməyə məcbur olub. Həbibə Süleymanova bildirib ki, oglan 7 il onun evində qızı ilə qeyri-rəsmi yaşamalı, yetkinlik yaşına çatandan sonra isə qızla nikah münasibətlərində olmalıdır. Hər yerdən əli üzülən Ümid Süleymanov da bu barədə ailəsinə məlumat verib və anasını məcburən Həbibə Zeynalovanın qızına elçi göndərib. Fürsətdən istifadə edən Həbibə Zeynalova da Ümid Süleymanovu əlində saxlayıb və onun gündəlik bütün qazancını əlindən alıb. Ümid Süleymanovu o hətta özünün sevgilisi olan Zülfüqar adlı şəxslə hədələyirmiş. Həbibə Ümid Süleymanova deyirmiş ki, guya Zülfüqar hüquq-mühafizə orqanlarında yüksək rütbəli polis zabitləri ilə dostdur və istədiyi vaxt onu həbs etdirə bilər. Hadisənin tam təfərrüatları isə hələlik açıqlanmır.

Qeyd edək ki, Füzuli rayon Kürdmahmudlu kənd sakini, tarix müəllimi Zaur Həziyev 2006-cı ilin avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri - qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu qətlə yetirməkdə, baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva və Xətai Mirzəyevə isə ağır bədən xəsarəti yetirməkdə təqsirləndirilir. O, Cinayət

Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29.120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunub və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib, Həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı cinayəti törətmədiyini deyən Zaur Həziyev bu cinayətin mərhumun qonşusu Camaləddin tərəfindən törədildiyini deyib. Zaur Həziyev bildirib ki, həyat yoldaşı Həbibə Zeynalova hadisədən bir neçə ay əvvəl acıq edərək atasının evinə gedib və Zaur Həziyevdən boşanmaq istəyib. Boşanmanın səbəbi isə Həbibə Zeynalovanın atasının qonşusu Cəmaləddin adlı şəxslə münasibətdə olmasıdır. Məsələdən xəbər tutan Zaur Həziyev də Həbibə Zeynalovadan ayrılmaq istəyib. Hadisə baş verən gecə də Cəmaləddin Həbibə Zeynalova ilə görüşərkən qadının atası onları görüb. İzi itirmək üçün Cəmaləddin dərhal həmin mənzilə hücum edib və Həbibə Zeynalovanın atasını qətlə yetirib. Hadisə zamanı səsə ayılan Həbibə Zeynalovanın qardaşı Cəmaləddinə hücum edib. Cəmaləddin də buna görə onu da qətlə yetirib. Həbibənin qardaşının qışqırtısına evdəki digər şəxslər də oyandığından Cəmaləddin onları da öldürmək istəyib. Lakin, səs-küyün yüksəldiyini görən Cəmaləddin bir neçə nəfəri yaralayıb hadisə yerindən qaçıb. Zaur Həziyev məhkəmədə ifadəsində bildirib ki, hadisə yerindən Cəmaləddinin qanlı ayaqqabısı tapılsa da, Həbibə Zeynalova və onun bacıları həmin ayaqqabını gizlədib hadisənin Zaur Həziyev tərəfindən törədildiyini bildirib.

Xatırladaq ki, hadisədən sonra Zaur Həziyev 6 ay evində yaşayıb və payon prokurorluğu və polis şöbəsi ilə əlaqə saxlayıb. Həmin vaxtlarda Zaur Həziyev hətta rayonda oğluna kiçik toy da edib və ziyafətdə rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının bəziləri də iştirak edib. 6 aydan sonra isə Zaur Həziyev axtarışda olan şəxs kimi həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.  Hazırda Zaur Həziyevin işi ilə bağlı  Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31