Yevlaxda qadının boğazını kəsdilər

İyunun 24-də Yevlaxda qonşular arasında baş verən dava qan tökməklə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə.  şəhər sakini Yeganə Xasıyeva boğaz nahiyəsindən kəsilmiş xəsarətlə xəstəxanaya gətirilib. Araşdırmalar zamanı Y.Xasıyevanın qonşusu Tanrıverdi Şərifovun ailə üzvləri ilə aralarında baş vermiş münaqişə zəminində xəsarət alması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31