Masallıda dəhşətli qəza: 2 ölü, 2 yaralı

Masallıda aöır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 9-na keçən gecə Masallı rayonunun Dənbolov kəndi ərazisində baş verib. Rayon sakini Zaur Əhədlinin idarə etdiyi "Mercedes" markalı və Yardımlı rayon sakini Gündüz Adışovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə G.Adışovun sərnişinlərindən Sabirabad rayon sakini Pərviz Cəfərov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişini, İmişli rayon sakini Taleh Hüseynov, habelə Z.Əhədli xəstəxanaya yerləşdiriliblər. G.Adışov orada ölüb. Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31