Bakı sakini elektrik cərəyanı vurmasından ölüb

Elektrik cərəyanı vurmuş Xətai rayon sakini xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 8-də Xətai rayon sakini Əliş Bəxtiyarovu mənzilində elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilmiş Bəxtiyarov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31