Qusar, Siyəzən və Şabranda bıçaqlanma hadisəsi qeydə alınıb

Gecə saatlarında Qusarda bıçaqlanma faktı qeydə alınıb. Rtv.az-ın məlumatına görə, qusar şəhəri Muxtadır küçəsində yaşayan 1979-cu il təvəllüdlü Verdixanov Samir Ramazan oğlu bıçaq xəsarəti ilə Qusar MRX-nın cərrahiyyə şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır. Onu bıçaqlayan şəxsin müəyyən olunub saxlanılması istiqamətində Qusar RPŞ-da araşdırma aparılır. Gecə saatlarında digər bir bıçaqlanma faktı Siyəzən rayonunda qeydə alınıb. Siyəzən şəhər sakini 1966-cı il təvəllüdlü Azər Səfərov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə gətirilib. İlkin yardımdan sonra o, ambulator müalicəyə buraxılıb. Onun qonşusu ilə aralarında yaranan mübahisə zamanı bıçaq xəsarəti alığı bildirilir. Gecə saatlarında Şabran rayonunun Gəndob kəndində bədbəxt hadisə baş verib. 1983-cü il təvəllüdlü kənd sakini Baxşıyev Rauf Osman oğlu qarın nayihəsindən bıçaq xəsarəti alıb. O, Siyəzən Regional  Müalicə Diaqnoztika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona qarın nayihəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, daxili qanaxma diaqnozu qoyulub. Rauf Baxşıyev əməliyyat olunub. Şabran rayon Polis Şöbəsinin rəis müavini Musa Hüseynovun RTV-yə verdiyi məlumata görə, hadisə ehtiyatsız ucbatından baş verib və bıçaqlanma faktı olmayıb. Rauf Baxşıyev bıçağın üstünə yıxılaraq ağır xəsarət alıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31